Təhlükəsizlik məqsədilə 90 transformator məntəqəsi çəpərlənib - "Azərisiq"

 14:34 25.07.2023     203

Bu ilin ilk 6 ayında “Azərişıq” ASC tərəfindən 46,4 km 110 kV-luq, 299,5 km 35 kV-luq, 960 km 10 və 6 kV-luq, 5 000 km-dən artıq 0,4 kV-luq elektrik verilişi xətlərində təmir, bərpa və sınaq işləri aparılıb.

Redaktor.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Texniki Departament direktoru Vüsal Qənbərov Hadrutda 2023-cü ilin 6 ayı üzrə görülmüş işlərə dair media nümayəndələri ilə görüşdə deyib.

O qeyd edib ki, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün 90 ədəd komplekt transformator məntəqəsində çəpərlənmə işləri yerinə yetirilib: “Tədbirlər Planına əsasən, salınmış 40 ədəd kəndin elektrik şəbəkəsinin yenilənməsi işləri üzrə 18 kənddə işlər yekunlaşıb, 22 kənddə işlər davam etdirilir”.