Bakı Nəqliyyat Agentliyində əməliyyat KEÇİRİLİR

 21:12 25.07.2023     335

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirir.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri hazırda davam edir.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiq ediblər.

Qeyd olunub ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.