Goranboyun bəzi kəndlərində elektrik enerjisi dayandırıldı

 23:59 25.07.2023     607

Goranboyun bəzi kəndlərində hava şəraiti səbəbindən elektrik enerjisi dayandırılıb.

Redaktor.az xəbər verir ki, küləklə müşahidə olunan yağıntılı hava şəraiti səbəbindən rayonun Boluslu, Məşədiqaralar, Eyvazlılar və Goran qəsəbəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti davam edir (report).