Sabahın havası - duman, külək, yağış

 13:02 26.07.2023     535

İyulun 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, hava əsasən yağmursuz olacaq.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 27-32° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.