Adil Qurbanova yeni vəzifə VERİLDİ

 21:31 26.07.2023     619

Müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanova yüksək vəzifə verilib.

Redaktor.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Müdafiə nazirinin müavini - Baş direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Qurbanov bundan oncə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2022 tarixli Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini, 27.02.2023-cü il tarixdən isə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.