Qaxda itkin düşən 30 yaşlı oğlanın axtarışları davam etdirilir

 10:28 27.07.2023     331

Qax rayonunda itkin düşən şəxsin axtarışları davam etdirilir.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Qax rayonunun Sarıbaş kəndi istiqamətində dağlıq-meşəlik ərazidə Qax rayon İlisu kənd sakini 1993-cü il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun itkin düşməsi barədə məlumat daxil olub və bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.