Sabah hava necə olacaq?

 12:22 27.07.2023     321

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti olacaq.