Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək

 13:19 27.07.2023     396

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, çimərliklərdə iyulun 28-də mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti olacaq.

Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.