İçməli sudan qeyri-qanuni istifadə hallarının qarşısı alındı

 19:05 27.07.2023     280

Sabunçu rayonu, Məhəmmədi kəndi “Südçülük sovxozu” adlanan ərazidə fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər tərəfindən tikilməkdə olan həyət evlərini su ilə təmin etmək üçün texniki şərt almadan, müqavilə bağlamadan 63 mm diamterli boru vasitəsilə qeyri-qanuni su xətti çəkilib.

Redaktor.az xəbər verir ki, qanunsuz əməlindən əl çəkməyən tikinti rəhbəri bununla yanaşı 4 ədəd paylayıcı kollektor quraşdıraraq tikilməkdə olan evləri su ilə təmin edib.

Özbaşına çəkilmiş su xətti əraziyə cəlb edilmiş xüsusi texnika vasitəsilə kəsilərək ləğv edilib.

Həyata keçirilən nəzarət tədbirləri zamanı Sabunçu – Zabrat yolu üzərində yerləşən dəmir qapıların istehsalı sexində də sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb.

Obyekt sahibinə qanunsuz istifadə ilə bağlı dəfərlərlə xəbərdarlıq edilərək su təchizatının dayandırılmasına baxmayaraq, o yenidən özbaşına birləşmə edib.

Oxşar vəziyyətə həmin ünvanda yerləşən ət kəsimi məntəqəsində də rast gəlinib.

Obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan sudan qanunsuz şəkildə istifadə edib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur