Azərbaycanda şiələr təqib olunmur - ŞEYX
Azərbaycanda şiə məzhəbindən olanlara qarşı heç bir təqib yoxdur.
Redaktor.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, belə şayiələrin arxasında ermənilər dayanır.
"Bu gün Azərbaycanda hər kəs rahat ibadətini edir və məzhəbinə görə təqib edilmir", -deyə QMİ sədri vurğulayıb.