Qaz limitini keçənlərin sayı AÇIQLANDI

 12:02 28.07.2023     280

2023-cü ilin yanvar- iyun ayları ərzində əhali sektorunun təbii qazla təmin olunan 1 milyon 689 min 244 abonent 12 qəpik tarifilə qazdan istifadə edib.

Redaktor.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.

Onun sözlərinə görə, bu rəqəm ümumi abonentlərin 67,5 faizini təşkil edir: 

"730 969 abonent 20 qəpiklik tariflə (ümumi abonentlərin 29,2 %-i) və 83 543 abonent 25 qəpiklik tarifilə (ümumi abonentlərin 3,3%-i) qazdan istifadə edib". 

Həmidə İBRAHİMLİ