“Azərbaycana dəmir yolları ilə ərzaq məhsullarının idxalı 4 % artıb” - ADY

 14:40 28.07.2023     501

Bu ilin yanvar-iyun ay Azərbaycana dəmir yolları ilə idxal edilmiş ərzaq məhsullarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 % artaraq 351 min ton olub.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC yayıb.

Bildirilir ki, ən çox daşınmış 5 məhsul isə şəkər tozu və qənd, bitki yağı, müxtəlif yarmalar, buğda unu və kartofdur.

“Qida səbətinə daxil olan əsas ərzaq məhsullarının ölkəyə tez və sürətli çatdırılmasında soyuducu Hopper, qapalı və konteyner vaqonlarımız xüsusi rol oynayır”, - məlumatda vurğulanır.