İlham Əliyev Neft Şirkətinin vitse-prezidentlərini işdən ÇIXARDI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentlərinin işdən çıxarılması barədə Sərəncam imzalayıb.
Redaktor.az xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamları ilə Yaşar Aydın oğlu Lətifov, Süleyman Mehrəli oğlu Qasımov, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov və Xalik Rəfi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad ediliblər.