Bakıda küləyin təsirindən 11 ağac sınıb

 10:56 29.07.2023     298

Gecə saatlarından etibarən Bakı şəhərində əsən güclü külək ciddi fəsadlara səbəb olmasa da bəzi ağaclara ziyan vurub. Küləyin təsirindən şəhərdə 11 ağac sınıb, 19 ağacın budaqları qırılıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları bütün gecəni gücləndirilmiş iş rejimində çalışıblar. Birliyin mobil qrupları operativ şəkildə sınan ağacların kəsilməsini, zədələnənlərin budanlasını və ərazinin təmizlənməsini təmin ediblər.
Birlikdən bildiriblər ki, ağaclar da canlı orqanizmdir, xəstələnir, ömrünü başa vururlar. Bütün dünya ölkələrində olduğu kimi bizdə də küçlü küləkdən sınırlar. Mövsüm zamanı Birliyin əməkdaşları tərəfindən sınan ağacların yerinə Abşeron iqliminə uyğun yeni ağaclar əkiləcəkdir.