FHN “Megafun” əyləncə mərkəzində təlim keçirəcək

 16:03 30.07.2023     267

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Xətai rayonu, 8 Noyabr prospekti, 15 ünvanında yerləşən “Megafun” əyləncə mərkəzində “Baş vermiş yanğın hadisələrinin söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda 30 iyul 2023-cü il, saat 16:00 radələrində yanğın-taktiki təlim keçirəcək.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.