Cəlilabadda 12-13-cü əsrlərə aid qoç fiquru tapıldı

 11:20 31.07.2023     182

Cəlilabad rayonunda tarixi qoç fiquru aşkar edilib.

Redaktor.az xəbər verir ki, tapıntı rayonun Şatırlı kəndi ərazisində aşkar olunub.

Yerli tarixçi Elşad Əmənov bu qoç fiqurunun xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

O, bu qoç fiqurunu təqribən 12-13-cü əsrlərə aid olunduğunu söyləyib:

Tarixçi qeyd edib ki, aşkar olunan maddi-mədəniyyət nümunəsi Baharlı tayfalarına aid qoç fiqurudur.

"Bu tapıntını digər qoç fiqurlarından fərqləndirən odur ki, üzərində tayfa nişanı və belə tapıntı ölkəmizdə yeganədir", - E.Əmənov əlavə edib (report).

22