"TIR-lardakı ərzaq Qarabağda yaşayan ermənilərin kütləvi zəhərlənməsi üçün nəzərdə tutulub"

 13:43 31.07.2023     833

"Ermənistandan gələn TIR-lardakı ərzaq Qarabağda yaşayan ermənilərin kütləvi zəhərlənməsi üçün nəzərdə tutulub. Bu fakt baş verdikdən sonra ermənilər növbəti təxribatı gerçəkləşdirib Ümimdünya Səhiyyə təşkilatını bölgəyə çağıracaqlar. Böyük ehtimalla bu maşınlara yığılanların hamısı vaxtı keçmiş ərzaq məhsillardır".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib.

O, vurğulayıb ki, birinci növbədə məsələ suverenliyimizlə bağlıdır:

"İkinci halda isə Azərbaycan dövləti heç vaxt razı ola bilməz ki, onun ərazisində məskunlaşan insanların, hətta erməni millətinə mənsub olsalar belə, sağlamlıqları təhlükəyə girsin. Yenə də o düşüncədəyəm ki, Zəngilandan erməni sərhədinə bizim TIR-lar düzülüş etməlidir. "Naxçıvana humanitar yardım üçün yol verin!" tələbini aktuallaşdırmalıyıq".

F.Mustafa xatırladıb ki, ilin əvvəlində təklif edib ki, Naxçıvanda da blokadanın götürülməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı mitinqlər keçirilməli və Azərbaycanda akkreditasiya olunmuş səfırlər, beynəlxalq təşkilatlar ora dəvət olunmalıdırlar.

"Vaxtında atılmayan addımlar, diqqətsiz qalan faydalı təkliflər haqlı mövqelərimizi günbəgün zəiflədə bilər", - deyə deputat bildirib.

Turan İSMAYIL