Surət Hüseynov ölüb? - YENİLƏNİB
Sürət Hüseynov komaya düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya sabiq baş nazirin yaxınları məlumat verib.
Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.
13:58
Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya onun yaxınları bildirib.
Məlumata görə, sabiq nazir Moldovadan İstanbula uçarkən təyyarədə dünyasını dəyişib. Onun səhhətində problem olduğu və müalicəyə getdiyi bildirilir.