“Qərbi Azərbaycan TV” fəaliyyətə başlayır

 16:59 31.07.2023     331

Qərbi Azərbaycan İcmasının (QAİ) nəzdində yeni “Qərbi Azərbaycan TV” internet televiziyası fəaliyyətə başlayır.

QAİ-dən Redaktor.az-a verilən məlumata görə, avqustun 1-dən etibarən ilkin olaraq  həftədə 4 dəfə saat 17:00 –da iki saatlıq efirdə olacaq kanalın Azərbaycan və rus dillərində buraxılışları nəzərdə tutulub.

Bildirilib ki, gələcəkdə ingilis dilində də efirin olması planlaşdırılır:

“İlk efirlərimizdən etibarən  peşəkar komandamız və tanınmış aparıcılarımızdan ibarət heyyətimizin təqdim etdiyi “Müzakirə vaxtı”, bir- birindən maraqlı süjetlərimiz, Qərbi Azərbaycan mədəniyyətinə dair verilişlərimiz, soydaşlarımızın ağrı – acısını əks etdirən insan hekayələrimiz, o cümlədən həmin verilişlərin rus versiyası və “Время дискуссии” proqramları ilə son 200 ildə soydaşlarımızın, tarixi – mədəni abidələrimizin, toponimlərimizin üzləşdiyi haqsızlıq, eləcə də qarşıda dayanan geri qayıdış məqsədi və məramına dair zəngin efir izləmək imkanınız olacaq.

“Qərbi Azərbaycan TV” internet televiziyasının verilişlərini aşağıdakı linklərdən izləməyə bilərsiniz:

https://youtube.com/@QerbiAzerbaycanTV

https://twitter.com/qerbiazetv?t=EeeLyGJusWT_OZygDiHfKA&s=08

https://www.facebook.com/profile.php?id=100095259673458

https://instagram.com/qerbi.aze.tv?igshid=OGQ5ZDc2ODk2ZA==

https://www.tiktok.com/@qerbi.aze.tv?_t=8eQZu0Kh0Zb&_r=1