Daha bir rayonun İcra hakimiyyətində əməliyyat keçirildi - Saxlanılan var

 09:31 01.08.2023     1360

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Redaktor.az Qafqazinfo-ya istinadla xəbər verir ki, əməliyyat nəticəsində korrupsiya faktlarına görə icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, əməliyyat barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, ötən gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Cəlilabad rayon İcra Hakimiyyətində də əməliyyat keçirib.

Məlumata görə, əməliyyat nəticəsində Cəlilabada Şəhər Bələdiyyəsinin sədri və rayonun baş memarı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.