Surət Hüseynov son mənzilə Gəncədəki evindən yola salınacaq - FOTO

 10:06 01.08.2023     353

Azərbaycanın keçmiş baş naziri Surət  Hüseynovla vida mərasimi Gəncədəki evində keçiriləcək.

Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu gün səhər mərhumun evinin qarşısında yas çadırı qurulub.

Surət Hüseynov şəhərin 4 saylı qəbiristanlığında ata və anasının məzarı yanında dəfn olunacaq.

Xatırladaq ki, ötən gün 64 yaşlı keçmiş baş nazir İstanbuldan Moldovaya gedərkən səhhəti pisləşib. O, Türkiyədə xəstəxanada vəfat edib.


Vumart və Güvən reklamı Vumart Güvən