Vilayət Eyvazov məşhur DYP rəisini işdən çıxardı

 14:44 01.08.2023     331

Bakının tanınmış DYP rəisi işdən çıxarılıb. 

Redaktor.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, Xətai rayon Dövlət Yol Polisi İdarəsinin (DYP) rəisi, polis polkovnik-leytenantı Cavanşir Ələkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.