Qanuna dəyişikliklə bağlı moped sürücüləri maarifləndirilir - DYP

 17:26 01.08.2023     216

“Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinə edilmiş əlavə və dəyişikliyə əsasən bu gündən hərəkət surəti 50 km/ saatdan yuxarı olan mopedlərin qeydiyyata alınması və sürücülük hüququ, yəni A1 kateqoriyasının tələb olunması anlayışları qanuni tələb kimi formalaşıb.

Bunu Redaktor.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli bildirib. A.Əsgərli bildirib ki, hazırda bu tip nəqliyyat vasitələri idarə edənlər arasında təbliğat maarifləndirmə işi aparılır, qanunvericiliyin tələbləri izah edilir:

“Bakı şəhərində aparılan işlərin əsas məqsədi moped sürücülərini maarifləndirməkdir və onlara lazımi köməkliyin göstərilməsi, hüquqlarının qanunvericiliyə uyğun tənzimlənməsidir. İnzibati tədbirlərdən daha çox həmin nəqliyyat vasitələrinin qeydiyyata alınması, mopedləri idarə etmək hüququ yaradan sürücülük vəsiqələri ilə təmin olunmağa üstünlük verilir. Bunlarla bağlı hazırda onlara zəruri köməkliklər göstərilir”.