"Bulvar Hotel"in yerləşdiyi ərazidəki xətlərimizdə heç bir problem yoxdur - "Azərsu"

 19:54 01.08.2023     475

"Baku Marriott Boulevard" hotelin yerləşdiyi ərazidə "Azərsu" ASC-nin şəbəkə xətlərində hər hansı problem yoxdur.

Bu barədə Redaktor.az-a qurumdan bildirilib.

Məlumata görə, həmin ərazidə su təchizatı tam təmin edilir.

Qeyd edək ki, şahmat üzrə Dünya Kubokunda iştirak etmək üçün Bakıda qonaq olan yaponiyalı məşhur şahmatçı Hikaru Nakamura qaldığı “Baku Marriott Boulevard” hamam otağında suyun gəlməməsi ilə bağlı tviter hesabında paylaşım edib.