Bu prospektin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq

 11:57 02.08.2023     395

Bu gün saat 22:00-dan sabah saat 05:00-a qədər Bakının Heydər Əliyev prospektinin 26,4-cü kilometrində "P" tipli istiqamətverici lövhələrin quraşdırılması işləri aparılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.