QİÇS xəstəsi olanlar uşaqlarını ana südü ilə qidalandıra bilməzlər - Həkim
QİÇS xəstəsi olan analar uşaqlarını ana südü ilə qidalandıra bilməzlər.
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı İlhamə Mirzəyeva deyib.
Həkim qeyd edib ki, hazırda ölkəmizdə də QİÇS xəstəsi olan analar var:
“Təəssüf ki, bu hal körpəni ana südü ilə qidalandırmaq üçün əks göstərişdir”.