Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

 13:32 03.08.2023     405

Artan sərnişin tələbatı nəzərə alınaraq Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə 5-6 avqust tarixlərinə əlavə qatar reysləri təyin edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Redaktor.az-a verilən məlumata görə, həm şənbə, həm də bazar günü saat 08:25-də qatarlar Bakı Dəmiryol Vağzalından Ağstafa istiqamətinə, saat 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakı şəhərinə yola düşəcək.

Bundan başqa ənənəvi qrafiklə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız hər gün saat 08:45-də Bakıdan Ağstafaya, əks istiqamətdə isə saat 18:15-də Bakıya yola düşür.