Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində rəngləmə işi aparılır

 16:10 03.08.2023     353

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-30-cu kilometrlik hissəsində hər iki istiqamətdə olmaqla yolçizgi, yolgöstərici xətlərin və piyada zolaqlarının yenidən rənglənməsi işləri həyata keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, sözügedən işlər bir neçə gün davam etdiriləcək.

Agentlik sürücülərə iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələrini tövsiyə edib.