"Azəriqaz"a daxil olan müraciətlərin sayı açıqlandı

 11:39 04.08.2023     339

"Birliyin Şikayətlərin araşdırılması şöbəsinə 2023-cü ilin 7 ayı ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 6936 müraciət daxil olub".

Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, 3231 müraciət "Opentext" proqramı vasitəsilə, 3705  müraciət isə elektron formada daxil olub:

""Opentext" proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin 7 ayı ilə müqayisədə 296 müraciət az təşkil edir. Göstərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlıdır".

Həmidə İBRAHİMLİ