Yanğına görə “Baksol” yolunda hərəkət məhdudlaşdırıldı

 11:44 04.08.2023     495

Binəqədi rayonu ərazisində baş verən yanğın hadisəsi səbəbindən hazırda Binəqədi şosesi-“Baksol” yolu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

"Sürücülərdən alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etmək tövsiyə edilir", - deyə məlumatda qeyd olunub.