FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət etdi

 17:37 04.08.2023     466

Hazırda ölkədə müşahidə olunan küləkli və isti hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına kiçik etinasızlıq və ya ehtiyatsızlıq böyük fəsadlara yola aça bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin əhaliyə növbəti müraciətində bildirilir.

Müraciətdə isti hava və küləyin təsirindən ən kiçik qığılcımın belə qısa zamanda böyük yanğına çevrilə, acı nəticələrə səbəb ola biləcəyi deyilir.

"Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi növbəti dəfə əhaliyə müraciət edərək, xüsusilə hazırda ölkədə müşahidə olunan küləkli və isti hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır", - müraciətdə vurğulanır.