Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər nazirinə başsağlığı verdi

 12:51 05.08.2023     460

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gürcüstanın Raça regionunun Şovi bölgəsində baş vermiş güclü torpaq sürüşməsi ilə əlaqədar Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauriyə başsağlığı məktubu göndərib.

FHN-dən Redaktor.az-a verilən məlumata görə, nazir Raça regionunun Şovi bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən