Ordubadın yeni icra başçısı kimdir? - DOSYE

 13:50 05.08.2023     516

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, Sərəncamla bu vəzifəyə Rəcəb Zakir oğlu Rəhimli təyin edilib.

Rəcəb Rəhimli Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiridir.

O, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir.

Rəcəb Rəhimli bakalavr təhsilini Türkiyənin Qazi Universitetinin İqtisadiyyat və idarəetmə elmləri fakültəsində alıb. O, bakalavr üzrə “Dövlət idarəçiliyi” ixtisasını bitirib.

R.Rəhimli magistratura təhsilini də eyni universitetdə həmin ixtisas üzrə bitirib.

O, Ankara Universitetinin Siyasət elmləri fakültəsində siyasət elmi və dövlət idarəçiliyi ixtisası üzrə doktorantura təhsili də alıb (trend).