"Penguin" boyalarının istehsalçısı "CMT Group" MMC "mini inqilab" etdi: İndiyədək xaricdən gətirilirdi, indi ölkədə buraxılacaq

 10:47 07.08.2023     453

Olduqca mürəkkəb texnologiyaya əsaslanan, buna görə də indiyədək ölkədə istehsalı olmayan, yalnız xaricdən alınan məhsulun Azərbaycandakı istehsalını “CMT Group” şirkəti təşkil edib. Qeyd edək ki, “CMT Group” şirkəti Azərbaycanda ən keyfiyyətli «Penguin» boyalarının, «Knar» markası altında sənaye və dəniz boyalarının, eləcə də EPO yapı kimyasallarının istehalçısıdır.

«Bu gün biz Azerbaycanda istehsalı olmayan polikarbooksilat beton qatqılarının istehsalına başladıq. Bu mümkün olmayan, texnoloğiyası cox gizli saxlanilan bir istehsal məhsulu idi. İndiyədək zavodlarımız bu məhsulu yarım fabrikat halında alıb qatqı düzəldirdilər. Biz isə bu işin öhdəsindən uğurla gəldik, 3 illik zəhmət boşuna getmədi»-deyə şirkətin yeni məhsulla bağlı açıqlamasında bildirilir.

Yeni məhsul Azərbaycanın tikinti sektorunda mühüm dəyişikliyə səbəb olacaq. Belə ki, polikarboksilat əsaslı beton əlavələri yeni nəsil beton qatqılar hesab olunur. Bu qatqılar superplastifikator sinifinə aid olunur, dunya bazarnda və eləcə də Azərbaycanda isə hiper qatqılar kimi adlanır. 

“CMT” MMC  şirkətinin texnoloqu, kimya mühəndisi Xanlar Əliyev "fed.az"a yeni məhsulun kimyəvi xarakteristikalarını açıqlayıb. Onun sözlərinə görə, polikarboksilat əsaslı super axishqanlaşdırıcılar C-C (karbon-karbon) sütünuna və əlavə karboksil funksiyasina malik anion polimerlərdir.

«Sözügedən polimer betonda su/sement nisbətini kəskin azaldır, yəni betonu duru saxlamaq üçün ona daisu qatmaq tələb olunmur, betonun istifadə edilmə müddətini uzadır, soyuq havalarda isə minimum məsameli beton əldə olunması sayəsində şaxtaya davamlılıq xüsusiyyəti vermə qabiliyyətinə malikdir».

Yeni beton qatqısı məhsulu Azərbaycanda yaşayış binalarından tutmuş körpü və tunelllərin tikintisinədək bütün tikinti sahələrində betona möhkəmlik qatmaq və beton məhlulundan daha səmərəli istifad olunması üçün istifadə edilir.

İndiyədək bu əlavələr Azərbaycanda istehsal edilməyib və yalnız xaricdən idxal edilirdi.

- Yeni qatqılar beton istehsalı sahələrində, beton verilmədə, sement məhsullarında istifadə olunur. Bu məhsul iki formada mövcuddur -  quru və maye şəklində. Maye halda olan qatqılar beton istehsalında, quru variant isə sement məhsullarında istifadə olunur.

Yeni qatqı betonda olan su/sement  nisbətinin kəskin şəkildə aşağı salınmasına xidmət edir. Normal qatqılardan istifadə etdikdə su/sement nisbəti 0,50, 0,52, ən yaxşı halda 0,49 nisbətində olur. Amma bu qatqılardan istifadə edəndə həmin göstərici 0,30 nisbətinədək enə bilir.

- Yəni yeni qatqılar betonda sement sərfiyyətini aşağı salır?

- Bu qatqı sement sərfiyyatını da aşağı salır. Su-sement nisbətini azaltmaq nə deməkdir? Tutaq ki, bir kuba 200 kq sement vururuqsa normalda 200-220 marka beton ala bilərdik, yeni qatqıdan istifadə etdikdə isə həmin nisbətdə sement bizə 300 markalıq beton verir. Yəni betonun gücü və möhkəmliyi artır.

- Yeni məhsul betona su sərfiyyatını da azaldır?

- Bəli, betonda su/sement nisbətini maksimum ideal vəziyyətə gətirdiyinə görə betona lazım olan su sementin 28-30 faizi qədər olur. Bu qatqılar olmayanda isə betonun pompalanması çətin olur, buna görə də beton zavodları məcburiyyətdən buraya daha çox su qatırlar ki, beton daha duru olsun və yüksəkliyə daha rahat vurula bilsin. Amma suyun normadan artıq verilməsi betondakı sementin yuyulmasına və onun keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

- Bu qatqılar hansı betonlarda istifadə olunur?

- Bu qatqı zəmin qalınlığı üçün tökülən betondan tutmuş, körpü, bina betonlarınadək istifadə olunur. Bu 100-150 markadan tutmuş 800-900, 1000 markaya kimi betonun alınmasnda istifadə olunan qatqılardır.

- Tikinti şirkətləri üçün bu beton qatqısının əsas faydaları hansılardır?

- Birincisi, betonun markasını, yəni möhkəmliyini artırır, pompalanmasını asanlaşdırır. Betonun yerləşməsini rahat edir, bəzi hallarda hətta beton məhlulunun verilməsində heç vibrasiyaya da ehtiyac qalmır.

- Yəni betonu o dərəcədə duru saxlayır?

- Bəli, qatılığı normaya salır və artıq betonu su ilə durulaşdırmağa ehtiyac qalmır. Həm də qeyd etdiyim kimi bu qatqı sement istifadəsini azaldır, sementə qənaət edir.

- Azərbaycanda bu qatqılardan indiyədək də istifadə olunurdu, amma xaricdən alınırdı?

- Bəli, Azərbaycanda bu beton qatqıları.  2014-2015-ci  illərdən istifadə olunur. Amma Azərbaycanda istehsalı yox idi, xaricdən alıb gətirilirdi.

- STM şirkəti bu məhsulun istehsalı üçün nə vaxtdan işlərə başlayıb?

- Bu məhsul üzərində işlərimiz orta hesabla səkkiz ay davam etdi. Bu müddətin 5 ayı laboratoriyada, məhsulun hazırlanması üçün təcrübələrə sərə edildi. Lazımi kimyəvilərin tapılması, proporsiyaların müəyyən edilməsi, lazımi reaksiyaların aparılması və s. Bundan sonra alınan məhsul 3 ay ərzində laboratoriyada və real şəraitdə sınaqdan keçirildi. Bunu qısa zaman ərində də etmək olardı, amma biz bütün bu işləri öz gücümüzlə, heç bir xarici şirkətdən və xarici mütəxəssisdən kömək almadan etmişik. Sırf özümüz yola çıxaraq öz araşdırmalarımızı etmişik və davam edib nəticə əldə etmişik. Bütün laboratoriya sınaqlarında da özünü doğruldub. Qısa müddətdə yeni məhsulun sertifikatlaşma məsələlərini də həll edəcəyik.

- Hazırda şirkətin bu məhsulu istehsal gücü nə qədərdir?

- Hazırda yeni qatqı üzrə istehsal gücümüz gündəlik 5 ton təşkil edir, amma tələbat olarsa, biz 10-15 gün ərzində daha bir qurğu işə salaraq lazımi həcmi təmin edə bilərik. Yeri gəlmişkən, qurğunun özünü də biz özümüz düzəltmişik, reaktorunu da. Yəni xaricdən alınmayıb. Bu aparatlar Çindən gətirilir, azı 50-60 min dollardır. Amma onu düzəldə biləcəyimizə qərar verdik və alındı.

- Bu məhsulun alıcıları kimlər olacaq və qiyməti xaricdən gətiriləndən nə qəər aşağı olacaq?

- Məhsulumuzun əsas alıcıları beton istehsalçıları və beton qatqılarını istehsal edən şirkətlər olacaq. Biz xaricdən gətirilən məhsuldan həm ucuz, həm də keyfiyyətli məhsul təklif edəcəyik. Məhsulumuzun qiyməti xaricdən gətiriləndən təxminən 60 faiz, yəni iki dəfəyə yaxın aşağı qiymətə təklif olunacaq. Keyfiyyəti isə ondan nəinki geri qalmır, hətta daha yuxarıdır.

Digər məsələ də var, əgər istehsalçı bizim şirkətdirsə və satın alan şirkət də Azərbaycandadırsa sabah yaranmış problemlərlə bağlı daha operativ şəkildə məşğul olmaq imkanı da olacaq, burda tam opetiv şəkildə reaksiya verəcəyik. Amma məhsul xaricdən alınırsa və alınan malda problem olanda, onların bura gəlməsi və ya malın ora getməsi uzun çəkir. Məhsulumuzun keyfiyyətinə tam əminik, bütün standartların tələbini ödəyir.

2