Keşlə stansiyası ərazisindən naqil oğurlayan şəxs tutuldu

 11:30 07.08.2023     292

Baş Keşlə stansiyası ərazisindən 200 metr naqil oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinin Biləcəri stansiyası Xətt Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 29-da Baş Keşlə stansiyası ərazisindən 200 metr naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 39 yaşlı Mehman Babayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.