Siqaret niyə bahalaşıb? - Deputatdan AÇIQLAMA

 14:57 07.08.2023     277

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda bəzi siqaretlərdə qiymət artımı olub.

Belə ki, bəzi siqaretlərin qiymətində 10, bəzilərində isə 20 qəpik bahalaşma müşahidə olunur.

Maraqlıdır, siqaretin bahalaşmasına gətirib çıxaran səbəb nədir?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Rüfət Quliyev Redaktor.az-danışdı.

Deputat söylədi ki, bununla bağlı istehsalçıya müraciət etmək lazımdır.

"Azərbaycanda satılan siqaretin 80-85%-i Azərbaycanda istehsal olunur. İstehsalçıya müraciət etmək lazımdır ki, qiymət nə üçün artıb. Onlar da məsələni izah etməlidir. Biz də həmin izaha uyğun müəyyən araşdırmalar etməliyik, daha sonra dəqiq fikirlərimizi söyləməliyik", - deyə o, bildirdi.

Humay İSGƏNDƏRLİ