Tez-tez maye qəbul edin, günvurmadan qorunun - Əhalinin nəzərinə!

 19:07 07.08.2023     333

Hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.

Onun sözlərinə görə, həftə sonunadək Abşeron yarımadasında havanın temperaturunun 37-40 dərəcə olacağı gözlənilir.

“Yüksək temperatur, durğun hava şəraitində bürkü yarana bilər. Şəhər mühitində gecə saatlarında havanın temperaturunun normadan yüksək olacağı gözlənilir. Bu günlərdə tez-tez maye qəbul etmək, baş örtüklərindən, çətirlərdən istifadə edərək günvurmadan qorunmaq lazımdır”, - xidmət rəisi vurğulayıb.