Bakıda gün vuranların SAYI
Son iki gündə günvurma ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciətlərin sayı açıqlanıb.
Bu barədə Redaktor.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, son 2 gün ərzində günvurma ilə bağlı təcili yardıma 2 müraciət daxil olub. Onlardan biri hospitalizasiya olunub.
Qeyd edilib ki, iyul ayında cəmi 45 müraciət olub, bunlardan 20 nəfər hospitalizasiya olunub.
Humay İSGƏNDƏRLİ