Qubad İbadoğluya görə saxlanılan azərbaycanlı alim haqda həbs qərarı verildi

 16:44 08.08.2023     502

Qubad İbadoğlunun işi ilə əlaqədar Türkiyədə saxlanılaraq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov cinayət məsuliyyətinə cəlb edilib.

Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə F.Qasımov barəsində 3 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib.