Elektron pul təşkilatları ödəniş hesabları haqqında məlumatın təqdimedilmə formasını müəyyənləşdirəcək

 18:00 09.08.2023     362

Elektron pul təşkilatları tərəfindən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara açılmış ödəniş hesabları haqqında məlumatın təqdimedilmə formasını və müddəti müəyyənləşdiriləcək.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Ödəniş xidmətləri haqqında” qanunda əksini tapıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi elektron pul təşkilatları tərəfindən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara açılmış ödəniş hesabları haqqında məlumatın təqdimedilmə formasını və müddətini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.