“Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

 14:29 10.08.2023     363

“Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 11 avqust saat 11:00-da başlayacaq.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.