Cəlilabadda qədim yaşayış məskənində qazıntı işləri aparılır

 14:50 10.08.2023     227

Cəlilabadda 9 min il əvvələ aid edilən Paşatəpə qədim yaşayış məskənində qazıntılar aparılır.

Redaktor.az xəbər verir ki, tarixi ərazi rayonun Cəfərxanlı kəndi ərazisində yerləşir.

Qazıntı işləri Tarix, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən həyata keçirilir.

Kəndin mərkəzində yerləşən ərazidə ötən il də institutun əməkdaşları arxeoloji qazıntılar aparıblar.

Həmin vaxt qazıntılar zamanı ərazidə 9 min il əvvələ aid olan yaşayış məskəni aşkar edilib. Həmçinin çoxlu məişət əşyaları və insan sümükləri tapılıb.

Həmçinin bu qədim yaşayış məskənində Azərbaycan tarixində ikinci hesab olunacaq atın əhliləşdirilməsi ilə bağlı nümunələr də aşkarlanıb.

Qeyd edək ki, Paşatəpə qədim yaşayış məskəni alimlər tərəfindən 1970-ci illərdə qeydə alınıb (report).

2222