"Azəriqaz"dan qazlaşdırılma ilə bağlı açıqlama

 11:31 11.08.2023     476

“Bildiyiniz kimi, ötən illərdə olduğu kimi bu il də qazlaşdırma işləri ölkə ərazisində davam etdirilir. Aparılan qazlaşdırma işləri, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində icra olunur. Cari ildə 140-dək kənd və yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur”.

Redaktor.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün keçirilən "Açıq Qapı" aksiyasında dedi. 

Onun sözlərinə görə, bu il artıq 90-a yaxın yaşayış məntəqəsində və yeni yaşayış massivində paylayıcı küçə xəttləri, eyni zamanda daşıyıcı xəttlərinin çəkilməsi işləri sürətlə davam etdirilir:

“İlin sonuna qədər digər 50 kənd və yaşayış massivində də işlərin başlanması, aparılması nəzərdə tutulur”.

Həmidə İBRAHİMLİ