Bakıda 41, Aran rayonlarında 43 dərəcə istilik qeydə alındı - FAKTİKİ HAVA

 17:09 11.08.2023     328

Milli Hidrometeorologiya Xidmətinin avqustun 11-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

Bu barədə Redaktor.az-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da 42 dərəcəyədək, Aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda isə 34 dərəcəyədək yüksəlib.