Şükür Həmidovun atası vəfat etdi

 17:14 11.08.2023     470

Azərbaycanın Milli qəhrəmanı Şükür Həmidovun atası vəfat edib.

Redaktor.az "qafqazinfo"ya istinadla xəbər verir ki, Nəriman Həmidov bu gün 90 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, ikinci ordu korpusunun komandir müavini, polkovnik Şükür Həmidov Vətən müharibəsində şəhid olub. Bununla bağlı Prezident İlham Əliyev 2020-ci il noyabrın 23-də onun atasına zəng edərək şəxsən başsağlığı vermişdi.