22 ailə Ağalı kəndinə köçürülür

 09:00 12.08.2023     352

Növbəti mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə daha 22 ailə (106 nəfər) köçürülür.

Redaktor.az xəbər verir ki, növbəti köç karvanı Abşeron rayonu Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Zəngilan” şəhərciyindən yola salınır.

Ailə tərkibinə uyğun olaraq, köçürülənlərdən 9-u üçotaqlı, 9-u dördotaqlı, 4-ü beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub.

Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.