"Neftçalada bir kvadrat metr torpağım yoxdur" - Deputat

 09:43 12.08.2023     344

"Neftçala rayonunda mənim bir nəfərə güya xüsusi himayədarlıq göstərərək, onun qeyri-qanuni şəkildə 100 ha torpaq sahəsi götürməsinə kömək etməyim barədə sosial mediada əsası olmayan bir xəbər gördüm. Neftçala camaatına və bütün oxuculara bildirirəm ki, bu məlumat ağ yalandır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı özünün feysbuk hesabında yazıb.

"Seçicilərimdən aldığım müraciətlərə, şikayətlərə baxmaq mənim borcumdur və imkan daxilində onların problerinin ədalətlə həll olunmasına çalışıram. Amma heç kimə xüsusi himayədarlıq etmirəm. Neftçalada bir kvadrat metr torpağım və ya hər hansı kommersiya marağım yoxdur. Bu barədə düşünmürəm də! Millət vəkili seçilərkən neftçalalılara verdiyim vədlər vardı, onları yerinə yetirirəm. Xahiş edirəm, məni rayondakı münaqişələrə qatmasınlar", - deyə millət vəkili bildirib.

T.İSMAYIL