"Azəriqaz" Ağdamda "Açıq mikrofon" qurdu - FOTO

 10:14 12.08.2023     270

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti, həftənin isə sonuncu "Səyyar qəbul otağı" Ağdam sakinlərinin ixtiyarında olub.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, vətəndaşlar "Açıq mikrofon"un imkanlarından yararlanaraq qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar.

Görüş zamanı fərdi qazlaşma, qaz xəttinin və qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər ünvanlanıb. Səsləndirilən hər bir müraciət SOCAR "Azəriqaz" İB-nin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.

22