Xankəndidə “humanitar böhran” yaşayan ermənilər toy-büsatdadır - VİDEO
Ermənistanın “humanitar böhran” içində yaşadığını iddia etdiyi Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər toy mərasimi keçirib.
Redaktor.az istinadən xəbər verir ki, faktiki olaraq “humanitar böhran” yalanını ifşa edən bu mərasim barədə Azərbaycanın Niderlandakı səfiri Rəhman Mustafayev “X”də (keçmiş tviter) paylaşım edib.
“Hər dəfə Xankəndidən erməni toy məclisləri videolarına baxanda, bu gənc xoşbəxt ermənilərin mahnı oxuyub rəqs etdiyini görəndə ürəyim bütün etnik azlıqların sülh və əmin-amanlıq içində yaşadığı ölkəm Azərbaycan üçün sevinc və qürurla dolur. Münaqişə başa çatıb, Ermənistan tarixin gedişatını dəyişə bilməz”, - deyə o qeyd edib.
Qeyd edək ki, yayılan görüntülərdə toy mərasiminin avqustun 9-da baş tutduğu görünür.
Harut & Marta had a lavish wedding at the Naberezhnaya restaurant. The wedding invite below shows yesterday's date.
— Farah (@FarahG777) August 10, 2023
A factual evidence exposing “starvation and humanitarian crisis” lies fabricated for political separatist purposes. pic.twitter.com/iRe6z8tb2s