“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edildi

 16:47 12.08.2023     332

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2552 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2552 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 257; 2022, № 5, maddə 534) birinci hissəsində “Emil Məcidov – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri” sözləri “Cəfər Babayev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini” sözləri ilə əvəz edilib.